“Bayden namizədliyini geri götürməyə qərar verib”

"ABŞ Prezidenti Co Bayden prezidentliyə namizədliyini geri götürməyə qərar verib".

“Bayden namizədliyini geri götürməyə qərar verib”
"ABŞ Prezidenti Co Bayden prezidentliyə namizədliyini geri götürməyə qərar verib".

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bunu ABŞ-nin Demokratlar partiyasında mənbəyə istinadən "Newsmax"ın jurnalisti Mark Halperin iddia edib.

Onun sözlərinə görə, Ağ Evin hazırkı rəhbəri qərarını bu həftə sonu elan etməyi planlaşdırır: "Bunun üçün nitq hazırlanıb. O, prezident olaraq fəaliyyətini davam etdirəcək. Mənə, həmçinin bildirdilər ki, o, vitse-prezident Kamala Harrisi öz xələfi olaraq dəstəkləməyəcək".