Bayden onu seçki kampaniyasına cəlb etmək niyyətindədir - FOTO

ABŞ Prezidenti Co Baydenin köməkçiləri qarşıdan gələn prezident seçkisində müğənni Teylor Sviftin dəstəyinə ümid edirlər. Belə ki, onun vəsait toplanması üçün çağırışı yenidən seçki kampaniyasında böyük əhəmiyyət kəsb edə bilər.

meqale.com oxuya istinadən xəbər verir ki, bu barədə "Fox News" telekanalının xəbərində bildirilib.

"Xanım Sviftin vəsait toplanması üçün çağırışı cənab Baydenə milyonlarla dollara başa gələ bilər", - deyə telekanal qeyd edib.

"Fox"un məlumatına görə, müğənni artıq 2020-ci ildə Baydeni dəstəkləyib, lakin 2024-cü il seçki yarışı haqqında rəsmən açıqlama verməyib. Eyni zamanda, vurğulanıb ki, Sviftin keçmiş prezident Trampı sərt tənqid etməsi nəzərə alınarsa, onun kimi dəstəkləyəcəyi kifayət qədər aydındır.

Xatırladaq ki, bundan əvvəl Pentaqonun nümayəndəsi Sabrina Sinqx müğənni Teylor Sviftin ABŞ Müdafiə Nazirliyinə işləməsi ilə bağlı xəbərləri təkzib edib.