Bayden özünü “süni intellekt” adlandırdı

ABŞ Prezidenti Co Bayden zarafatla özünü "süni intellekt" adlandırıb.

Bayden özünü “süni intellekt” adlandırdı
ABŞ Prezidenti Co Bayden zarafatla özünü "süni intellekt" adlandırıb.

meqale.com APA-ya istinadən bildirir ki, Bayden Ağ Evdə süni intellekt texnologiyalarının hazırlanması və istifadəsi problemlərinə həsr olunmuş qısa nitqində özünü bu cür xarakterizə edib.

Vaşinqton administrasiyasının rəhbəri çıxışında bildirib ki, süni intellekt iqtisadiyyatda böyük imkanlar yaratmaqla yanaşı, cəmiyyət və milli təhlükəsizlik üçün də böyük risk daşıyır.

"Bu kimi yeniliklər edən şirkətlər məhsullarının təhlükəsizliyinə görə böyük məsuliyyət daşıyırlar", - Bayden deyib.

Qeyd edək ki, tədbirdə ABŞ-nin böyük texnologiya şirkətlərinin rəhbərləri, o cümlədən "Microsoft", "Google" və "Meta" şirkətlərinin prezidentləri iştirak ediblər.