Bayden Rusiyaya qarşı sanksiyaları uzatdı
ABŞ Prezidenti Co Bayden Rusiyaya xaricdəki zərərli fəaliyyətə görə tətbiq edilən sanksiyaların müddətini daha bir il uzadıb.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin saytında məlumat verilib.
Bildirilib ki, sanksiyalar 6 mart 2014-cü ildə Ağ Ev rəhbəri Barak Obama tərəfindən Krımdakı vəziyyətlə əlaqədar olaraq tətbiq edilib.