Bayden Trampla teledebatda uğursuz çıxışını bununla əlaqələndirdi
ABŞ Prezidenti Co Bayden keçmiş Amerika lideri Donald Trampla teledebatda uğursuz çıxışını tədbirdən bir müddət əvvəl xaricə səfərlərə getməsi ilə əlaqələndirib.
meqale.com APA-ya istinadən bildirir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
"Debatdan bir az əvvəl dünyanı gəzməyə qərar verdim. Köməkçilərimə qulaq asmadım və səhnədə az qalmışdı ki, yuxuya getdim", - Bayden vurğulayıb.