Bayden Vaşinqtonda Zelenskini gözləyir

ABŞ Prezidenti Co Bayden administrasiyası gələn həftə Ukrayna lideri Vladimir Zelenski ilə görüş üzərində işləyir.

Bayden Vaşinqtonda Zelenskini gözləyir
ABŞ Prezidenti Co Bayden administrasiyası gələn həftə Ukrayna lideri Vladimir Zelenski ilə görüş üzərində işləyir.

meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə Ağ Evin yüksək rütbəli rəsmisi məlumat verib.

Ehtimallara görə, danışıqlar NATO-nun Vaşinqtonda keçiriləcək sammiti çərçivəsində baş tuta bilər.

Ağ Evin yüksək rütbəli rəsmisi deyib ki, Bayden iyulun 9-da alyansın 75-ci ildönümü ilə bağlı tədbir çərçivəsində NATO liderləri ilə görüşəcək. İyulun 10-da keçiriləcək sammitdə o, İsveçi yeni NATO üzvü kimi qarşılayacaq və həmin axşam Ağ Evdə birgə şam yeməyi planlaşdırılır.