Yoxa çıxan rus general Suriyadan "tapıldı"
Rusiyanın 58-ci ordusunun komandiri vəzifəsindən uzaqlaşdırılan rus generalı İvan Popov Suriyadakı rus qruplaşmasına sürgünə göndərilib.
meqale.com Trend-ə istinadən bildirir ki, "İnsayder"in yaydığı məlumatda qeyd edilir ki, "Bundan əvvəl Hava-Desant Qüvvələrinin keçmiş komandanı, 2022-ci ilin fevral-mart aylarında Kiyevə hücumdakı uğursuzluğa görə məsuliyyət daşıyan Andrey Serdyukov da Suriyaya göndərilib. Həmçinin 7-ci Hava Hücum Diviziyasının komandiri, general-mayor Aleksandr Kornevin vəzifəsindən uzaqlaşdırılması ilə bağlı xəbərlər yayılıb. 90-cı Tank Diviziyasının komandiri Ramil İbatullin və onun müavinlərinin saxlanıldığı da bildirilir".
Qeyd edək ki, Rusiyanın 58-ci ordusunun komandiri vəzifəsindən uzaqlaşdırılan rus general İvan Popovun həyat yoldaşı günlər öncə ərinin qəfil yoxa çıxdığını bildirmişdi. Bir müddət əvvəl İvan Popovun ordudakı problemləri Rusiya lideri Putinə məruzə etməyə hazırlaşdığı üçün Baş Qərargah rəisi Gerasimov tərəfindən vəzifəsindən çıxarıldığı bildirilmişdi.