Bayden yenə səhv danışdı

Kürsüdən enərkən boşluğa salam vermək, yolunu itirmək, adları səhv salmaq kimi nümunələrlə gündəmə gələn ABŞ Prezidenti Co Bayden bu dəfə ölkənin keçmiş lideri Donald Trampla bağlı səhv danışıb.

meqale.com qafqazinfo.az-a istinadən xəbər verir ki, Bayden çıxışı zamanı Trampı sələfi deyil, öz professoru adlandırıb.

"Professorum - professorum haqqında danışmayacağam, qulaq asın - sələfim fərqli bir kurs tutdu: iqtisadiyyatı tükəndirdi, çox zəngin və böyük korporasiyalara vergiləri azaltdı, kəsiri xeyli artırdı", -Bayden Viskonsin ştatındakı çıxışında deyib.