Baydenin yatmaq istəməsi mətbuat konfransını sonlandırdı
ABŞ Prezidenti Co Bayden Hanoyda gecə saatlarında keçirdiyi mətbuat konfransında danışarkən yatmağa getdiyini söyləyib və qısa müddət sonra görüş başa çatıb.
meqale.com oxuya istinadən bildirir ki, "Sizə belə deyəcəyəm. Sizi bilmirəm, amma mən yatmağa gedirəm", - deyə dövlət başçısı bəyan edib.
Bundan sonra zaldan jurnalistlərin sualları səslənsə də, onların sözü kəsilib və mətbuat konfransının yekunlaşdığı bildirilib.