“Bayer” rəsmisi: “Xabi bu haqda çox danışıb”
"Qarabağ"ın Avropa Liqasındakı rəqibi "Bayer"in baş məşqçisi Xabi Alonsonun çoxsaylı təkliflər alması klub rəhbərliyini narahat etmir.
meqale.com İdman.Biz-ə istinadən bildirir ki, bunu Almaniya təmsilçisinin idman direktoru Simon Rolfes açıqlayıb.
O, ispaniyalı mütəxəssisin Avropa nəhənglərinin hədəfində olmasına münasibət bildirib: "Mən arxayın və nikbinəm. Məşqçi üçün ən vacibi rahatlığı və öz yerində olduğunu hiss etməsidir. Xabi bu haqda çox danışıb".