"Bayern" Noyerin əvəzedicisini tapdı
"Bayern" heyətini yeni qapıçı ilə gücləndirmək istəyir.
meqale.com xəbər verir ki, Münhen təmsilçisi Meksikanın "Kruz Azul" klubunda çıxış edən Kevin Mieri transfer etmək niyyətindədir. Bu barədə Meksika mediasından "Deportes Total" məlumat yayıb.
Qolkiperin oyun tərzinin də Noyerin üslubuna bənzədiyi vurğulanıb. Ayaqlarından istifadə bacarığı, arxadan oyun qurma kimi xüsusiyyətləri transfer ehtimalını daha da artırır.