Bayram gecəsi faciəvi şəkildə öldü - Yenilənib
00:27 Qəzada 1965-ci il təvəllüdlü Yusifov Vilayət İbrahim oğlu, 1991-ci il təvəllüdlü Tağızadə Elnur Qəhrəman oğlu, 1999-cu il təvəllüdlü Tağıyev Elvir Elçin oğlu və 2008-ci il təcəllüdlü Tağıyev Elmin Elçin oğlu yaralanıb.
Yaralılar Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Məlumat üçün qeyd edək ki, qəzada 1955-ci il təvəllüdlü Əlimərdanlı kənd sakini Tağıyev Həmid Şirin oğlu həyatını itirib.
------------ 23:05 Tovuzda ölümlə nəticələn ağır yol qəzası olub.
meqale.com-ın məlumatına görə, hadisə rayonun Əlimərdanlı kəndi ərazisində qeydə alınıb.
Hərəkətdə olan "BWM" markalı maşınla "VAZ-2107" markalı avtomobil toqquşub.
Qəzadan sonra "BMW" yol kənarında dayanan piyadanı vurub.