BƏDBƏXT HADİSƏ: Dörd yaşlı uşaq eskalatorda qaldı

Moskva yaxınlığındakı "Şokolad" ticarət mərkəzində eskalator dörd yaşlı qızın barmaqlarını qoparıb.

BƏDBƏXT HADİSƏ: Dörd yaşlı uşaq eskalatorda qaldı
Moskva yaxınlığındakı "Şokolad" ticarət mərkəzində eskalator dörd yaşlı qızın barmaqlarını qoparıb.

meqale.com oxuya istinadən xəbər verir ki, o, valideynlərindən qabağa qaçıb və eskalatorun üzərində olarkən büdrəyib. Uşağın sol əlinin barmaqları hərəkət edən pillələrin arasında qalıb.

Valideynlər azyaşlını xilas edə bilsələr də, onun zədəsi ciddi olub. Belə ki, həkimlər qızın üç barmağını amputasiya etməli olublar.

Prokurorluq hadisə ilə bağlı araşdırmaya başlayıb.