BƏƏ-yə səfəri zamanı Putini Kadırov da müşayiət edib

Rusiya prezidenti Vladimir Putini Birləşmiş Ərəb Əmirliklərinə səfəri zamanı Çeçenistanın rəhbəri Ramzan Kadırov müşayiət edib.

BƏƏ-yə səfəri zamanı Putini Kadırov da müşayiət edib
Rusiya prezidenti Vladimir Putini Birləşmiş Ərəb Əmirliklərinə səfəri zamanı Çeçenistanın rəhbəri Ramzan Kadırov müşayiət edib.

meqale.com musavat.com-a istinadən xəbər verir ki, bu barədə Çeçenistan liderinin Telegram-kanalında məlumat verilib.

Kadırov yazıb: "Rusiyanın ümummilli lideri Vladimir Putinə mənə Rusiya nümayəndə heyətinə daxil olmaq şərəfini verdiyi üçün bütün qəlbimlə təşəkkür edirəm".

O, həmçinin qeyd edib ki, Putinin BƏƏ-yə səfəri hər iki ölkənin inkişafı üçün "yeni imkanlar açacaq" və Rusiya prezidentinin əmirlik həmkarı Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşündən sonra qəbul edilən qərarlar gələcək əməkdaşlıq üçün əsas olacaq. .

Bundan əvvəl Putinin BƏƏ-yə səfərindən sonra Səudiyyə Ərəbistanına gəldiyi bildirilirdi.