Fransa Nigerə hərbi müdaxilə etməyə hazırlaşır?
Fransadan Nigerə hərbi müdaxilə ilə bağlı açıqlama gəlib.
meqale.com Trend-ə istinadən xəbər verir ki, Fransanın xarici işlər naziri Ketrin Kolonna Nigerdəki üsyançıların Parisin hərbi müdaxilə hazırlaması ilə bağlı bəyanatlarını şərh edərkən deyib ki, Fransa Nigerə hərbi müdaxiləyə hazırlaşmır və ölkədə konstitusiya quruluşunun bərpasına ümid edir.
"Biz bunun yalan olduğunu qəti şəkildə bildiririk", - deyə o bildirib.