Bəhreyn kralından III Çarlza dəyərli hədiyyə – “Rolls-Royce” avtomobili

Bəhreyn kralı Şeyx Həməd bin İsa Əl Xəlifə 2023-cü ildə keçirilən tacqoyma mərasimi münasibətilə Böyük Britaniya kralı III Çarlza "Rolls-Royce" markalı lüks avtomobil hədiyyə edib.

meqale.com "Daily Telegraph"a istinadla xəbər verir ki, kral tərəfindən seçilən avtomobil "Rolls-Royce Cullinan Series II" modelidir.

Bu model benzin və bioyanacaqla işləyən mühərriklə təchiz edilib.

Adətən bu avtomobillərin satış qiyməti təxminən 403 min dollar təşkil edir. Lakin hədiyyənin rəsmi dəyəri açıqlanmayıb.