"Belarus HHQ ötən gecə Ukraynanın hava hədəflərini məhv edib"
Belarus Ukrayna hava hədəflərini məhv edib.
meqale.com APA-ya istinadən bildirir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko deyib.
O bildirib ki, Ukrayna qüvvələri dünən gecə Belarusun hava məkanını pozub və buna cavab olaraq bu ölkənin havadan müdafiə qüvvələri hazırlıq vəziyyətinə gətirilib.
"Dünən saat 18:10-da Belarusun Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələri döyüşə hazırlıq vəziyyətinə keçiblər. Ukrayna Silahlı Qüvvələri Belarus Respublikasının hava məkanını şərq istiqamətində, bizə çox yaxın olan Kostyukoviç bölgəsində pozub", - deyə Belarus Prezidenti bildirib.
"Hədəfləri tutmaq üçün vertolyot və MLRS silahları da yüksək hazırlıq vəziyyətinə gətirilib. Saat 19:04-də 1.5 km və 6,5 km məsafədə hava hücumundan müdafiə qüvvələri Belarus ərazisi üzərində bir neçə hədəfi məhv edib. Gecə və bu gün səhər saatlarında məhv edilən hədəflərin axtarışı aparılır".