Belçikada təyyarə avtomobillə toqquşub, ölənlər var

Belçikanın Spa şəhərində yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.

Belçikada təyyarə avtomobillə toqquşub, ölənlər var
Belçikanın Spa şəhərində yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.

meqale.com report.az-a istinadən xəbər verir ki, bu barədə "Frans Press" agentliyi məlumat yayıb.

"Təyyarədə iki nəfərin həlak olmasına təəssüflənirik. Çox güman ki, eniş düzgün olmayıb", - polis bildirib.

Qeyd olunub ki, güclü külək səbəbindən pilot təhlükəsiz yerə enə bilməyib.

Təyyarə enərkən uçuş-enmə zolağının yanındakı avtomobilə çırpılıb və partlayıb.

Hadisə yerinə xilasedicilər cəlb olunub.