Belçikadan gözlənilməz məğlubiyyət - YENİLƏNİB
------ 22:10
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının E qrupunda daha bir oyun baş tutub.
Günün ikinci matçında Belçika Slovakiya ilə üz-üzə gəlib.
Qarşılaşmanın taleyini bir qol həll edib. İvan Şrants 7-ci dəqiqədə Slovakiya yığmasına qələbə qazandıran qolun müəllifi olub.
------ 20:42
Almaniya keçirilən Avropa çempionatının E qrupundakı Belçika - Slovakiya matçında hesab açılıb.
meqale.com report.az-a istinadən xəbər verir ki, 7-ci dəqiqədə slovakiyalı İvan Şrants fərqlənib.
------ 20:15
Almaniya keçirilən futbol üzrə Avropa çempionatının E qrupunda daha bir oyun başlayıb.
meqale.com axar.az-a istinadən xəbər verir ki, Belçika - Slovakiya matçı Bakı vaxtı ilə saat 20:00-da start götürüb.
Qarşılaşmanı türkiyəli Halil Umut Meler idarə edir.