Belçikalıların Kralı İlham Əliyevə başsağlığı verib

Belçikalıların Kralı Filip Prezident İlham Əliyevə başsağlığı verib.

Belçikalıların Kralı İlham Əliyevə başsağlığı verib
Belçikalıların Kralı Filip Prezident İlham Əliyevə başsağlığı verib.

meqale.com xəbər verir ki, başsağlığında deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Kraliça Matilde ilə birlikdə Sizə və Azərbaycan xalqına Aktau şəhəri yaxınlığında baş vermiş təyyarə qəzası nəticəsində faciəvi şəkildə həyatını itirənlərə görə dərin hüznlə başsağlığı veririk.

Bu ağır itki anlarında həlak olanların yaxınlarına güc və səbir arzulayır, onlarla birlikdə ən dərin hüznümüzü bölüşürük.

Filip

Belçikalıların Kralı".

meqale.com