“Belə cəmiyyətdə meyxanaçı 255 minlik maşın sürməli, alim də eşşək arabasında gəzməlidir”

"Bugünkü kimi cəmiyyət inkişaf edə bilməz. Yaponiyada müəllimə hədsiz hörmət qoyulur, yaponlar deyir ki, müəllimdən üstün varlıq yoxdur. Bizdə isə müəllimlər artıq biabırçı vəziyyətə düşüblər, istər sosial cəhətdən, istər ictimai nüfuz baxımından çox pis haldadırlar. Onlar repetitorluq, riyakarlıq etməyə məcbur olublar. Bu şəraiti biz yaradırıq. Biz cəmiyyət olaraq ona necə hörmət qoyuruqsa, bu cür də davam edir".

meqale.com xəbər verir ki, bu sözləri Yenisabah.az-a tanınmış sosioloq Elçin Bayramlı deyib. Son illər müəllimlərin tamamilə nüfuzdan düşdüyünü qeyd edən ekspert bu durumu cəmiyyətin özünün yaratdığını bildirib:  

"Məclisə ziyalı, ömrünü uşaqlara həsr etmiş biri gələndə biz onu başa keçirməyib, hər hansı idarə müdiri, biznesmen gələndə onu müəllimdən yuxarıda oturduruqsa, bu, bizim özümüzə, gələcəyimizə verdiyimiz qiymətdir. 

Ona görə də bu gün cəmiyyətdə olan problemlərin heç də xaricdən, başqa planetlərdən gəldiyini düşünmürəm. Bu, heç yerdən gəlmir, biz özümüz belə şərait yaradırıq. Bəzən deyirlər ki, məmurlar pisdir, rüşvətxordur, korrupsiyonerdir və s. Biz məmurları Mozambikdən gətirməmişik ki, onlar da bizim materialdandır və bu cəmiyyətdən çıxıb. Məmur sizin qohumunuz, mənim qonşum, başqa birinin dostudur, bu adam bizim cəmiyyətdən çıxmış əsərdir. Gördüyümüz mənzərə isə bizim əsərimizdir. Nə vaxt ki, biz özümüz dəyişmək istəyəcəyik, bax onda heç bu mövzuların müzakirəsinə belə ehtiyac qalmayacaq. Normal cəmiyyətdə bu məsələləri müzakirə etməməliyik".

Müğənnilərin var-dövlətinin hər gün müzakirə mövsusuna çevrilməsi haqda danışan sosioloq bunun səbəblərini açıqlayıb: