Belqorod atəşə tutuldu - 5 ölü - VİDEO
Ukrayna ordusu Rusiyanın Belqorod şəhərini raket atəşinə tutub.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, raketlərdən biri ticarət mərkəzinə düşüb.
Raket qalıqlarının, həmçinin futbol meydançasına düşdüyü bildirilir.
Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkovun sözlərinə görə, hadisə nəticəsində 5 nəfər həlak olub, daha 18 nəfər isə yaralanıb.