Bərdədə QƏZA: "Mercedes" piyadanı vurub marketə girdi - FOTO
Bərdədə iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
meqale.com lente istinadən bildirir ki, hadisə Ağdam-Bərdə yolunun Şirvanlı kəndindən keçən hissəsində qeydə alınıb.
02-BL-320 dövlət qeydiyyat nişanlı "Mercedes Benz" markalı minik avtomobili yola keçmək istəyən piyadanı vurub.
İdarəetməni itirən sürücü qarşıdan gələn Azər adlı şəxsin idarə etdiyi, 90-BF-321 dövlət qeydiyyat nişanlı "BMW" markalı minik avtomobili ilə toqquşub.
Daha sonra sonra nəqliyyat vasitəsi yol kənarındakı marketə girib.
Hadisə nəticəsində "Mercedes" markalı avtomobilin sürücüsü, 28 yaşlı Murad Bəhmən oğlu və piyada, 25 yaşlı Hüseynov Nəcməddin Nizaməddin oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.
Onlar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.