"Beşiktaş"ın yeni prezidenti bu məşqçini komandaya gətirir

"Beşiktaş"da baş məşqçi dəyişikliyi ola bilər.

"Beşiktaş"da baş məşqçi dəyişikliyi ola bilər.

meqale.com "Offsideplus.az"-a istinadən xəbər verir ki, İstanbul təmsilçisinin yeni prezidenti Həsən Arat nəticələrdən narazıdır. Klub rəhbərliyi Rza Çalımbayla yola davam etmək istəmir. Bu səbəbdən də yeni məşqçi axtarışına başlanılıb. 

Həsən Aratın əsas namizədi Sərgən Yalçındır. Prezident tanınmış mütəxəssisin yenidən komandanın baş məşqçisi olmasını istəyir.