"Beşiktaş" yeni baş məşqçisini rəsmən açıqladı - FOTO

Türkiyənin "Beşiktaş" klubuna yeni baş məşqçi təyin olunub.

Türkiyənin "Beşiktaş" klubuna yeni baş məşqçi təyin olunub.

meqale.com xəbər verir ki, bu barədə İstanbul nəhənginin rəsmi "X" hesabında məlumat verilib.

Belə ki, klubun gələcək taleyi Ule-Qunnar Solskyaerə həvalə olunub.

Komanda sosial şəbəkə hesabında 51 yaşlı norveçli mütəxəssisin fotosunu paylaşıb. Şərh bölümünə isə "Ole, Ole, Ole" yazılıb.

Bildirək ki, Ule-Qunnar Solskyaer son olaraq İngiltərənin "Mançester Yunayted" komandasının baş məşqçisi olub. Məşqçi 2021-ci ildə komanda ilə yollarını ayırıb.