Betonqarışdıran məktəbli avtobusuna çırpıldı - ölənlər və yaralananlar var
ABŞ-nin Texas ştatında məktəbli avtobusu və betonqarışdıran maşının iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində biri uşaq olmaqla iki nəfər ölüb.
meqale.com report-a istinadən xəbər verir ki, bu barədə "Associated Press" yerli orqanlara istinadən bildirib.
Məlumata görə, hadisədə avtobusdakı uşaq və avtobusun ardınca hərəkət edən avtomobildə olduğu güman edilən kişi ölüb. Bundan başqa, yol qəzasında 51 nəfər xəsarət alıb, onlardan dördünün vəziyyəti ağırdır.