Bəxtiyar Ersay Azərbaycan Müdafiə Nazirliyindəki vəzifəsindən azad edilib
Azərbaycan müdafiə nazirinin müşaviri, ordu generalı Bəxtiyar Ersay yeni işinin icrası ilə əlaqədar Azərbaycandakı vəzifəsindən gedib.
meqale.com APA-ya istinadən bildirir ki, o, Türkiyə Prezidentinin sərəncamı ilə Azərbaycan Müdafiə Nazirliyindəki vəzifəsindən azad edilib.
Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə Azərbaycan müdafiə nazirinin müşaviri, ordu generalı Bəxtiyar Ersay Türkiyə Silahlı Qüvvələri Quru Qoşunlarının Birinci Ordusunun komandanı təyin olunub. O, bir müddət əvvəl səlahiyyətlərinin icrasına başlayıb.