Bəxtiyar Vahabzadə əslində kimin üzünə tüpürmüşdü? - HƏQİQƏT
Tanınmış dramaturq Firuz Mustafa mərhum xalq şairi Bəxtiyar Vahabzadə haqqında maraqlı bir xatirə danışıb. meqale.com modern.az-a istinadən xəbər verir ki, Firuz Mustafanın sözlərinə görə, çoxlarının bildiyi kimi, 1990-cı ilin 20 Yanvar hadisələrinə görə Bəxtiyar Vahabzadənin AzTV-nin qarşısında üzünə tüpürdüyü general əslində Bakının o zamanki komendantı Dubinyak olmayıb.
"20 Yanvar hadisələrinə görə Bəxtiyar Vahabzadənin AzTV-nin binası qarşısında üzünə tüpürdüyü general Dubinyak yox, Ovçinnikov idi. Amma bəzi jurnalistlər bir az səhvə yol verirlər. Məsələ burasındadır ki, elə Bəxtiyar müəllim özü də söhbətlərində, habelə, yayımlanan məşhur lentdə Dubinyakın üzünə tüpürdüyünü deyir. Mən bir dəfə kiçik bir məclisdə bunu Bəxtiyar müəllimin özünə də dedim. O, mən deyəni təsdiq edib bildirdi ki, "nədənsə Ovçinnikovun yox, bu alçaq Dubinyakın adı qalıb yadımda". Mən zarafatla dedim: "Bəxtiyar müəllim, görünür bu "Dubinyak" adı "Dubinka" sözünə oxşadığına görə daha yaddaqalandır". O, gülərək: "Yəqin ki, elədir"-dedi".