Bəy öz toyunda həbs olundu - VİDEO
Rusiyada, Amur vilayətinin Blaqoveşensk şəhərində bəy öz toyunda həbs olunub. Xüsusi Təyinatlı Çevik Əməliyyat dəstəsi əməkdaşları VVAQ-da nikah mərasimi zamanı bəyi həbs ediblər.
meqale.com oxuya istinadən bildirir ki, "Amur Mash" "Telegram" kanalı hadisənin baş verdiyi anla bağlı video yayıb.
Kadrlarda bəyin həbsi zamanı gəlinin həyəcanla qışqırması görünür. Xüsusi təyinatlılar mərasimdə iştirak edən qonaqlardan binanı tərk etmələrini tələb ediblər.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun