Beynəlxalq Muğam Mərkəzində konsert proqramı təqdim olunacaq
Noyabrın 8-də Beynəlxalq Muğam Mərkəzində konsert proqramı təqdim olunacaq.
Zəfər gününə həsr olunmuş konsert eyni zamanda mərkəzin fəaliyyətə başlamasının 15 illiyinə həsr edilən silsilə tədbirlər çərçivəsində keçirilir.
Proqramda BMM-nin solistləri, Əməkdar artistlər Təyyar Bayramov, Bəyimxanım Vəliyeva, Arzu Əliyeva və xanəndə Hüseyn Məlikov çıxış edəcək.
Xanəndələri Rövşən Qurbanov (tar), Ceyhun Muradov (kamança), Əməkdar artist Təranə Əliyeva (qanun), Vasif Yusibli(ud), Amil Mustafayev (nağara), Rafael Əsgərov (balaban) müşayiət edəcək. Konsertə giriş sərbəstdir.