Beyonsun yeni biznesi
Amerikalı məşhur müğənni Beyons yeni viski markasını elan edib.
meqale.com axşam.az-a istinadən xəbər verir ki, bu, sənətçinin alkoqollu içki ilə bağlı ilk təcrübəsi olacaq.
"SirDavis" adlı viski ifaçının babasının xatirəsinə ehtiramdır. İçki 2024-cü ilin sentyabrında ABŞ, Yaponiya, Fransa və Böyük Britaniyada satışa çıxarılacaq. Bir şüşənin qiyməti 89 dollar olacaq.