Beyrutda insanlar küçələrə axışdı: Qisas tələb edir
Livanın paytaxtı Beyrutda insanlar küçələrə axışaraq Hizbullahdan qisas və cavab zərbəsi tələb edir.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkələrin Livan seqmentində videogörüntülər paylaşılır.
Qeyd edək ki, bundan öncə İsrail Beyrutda Hizbullah hədəflərinə zərbə endirib, raketlərdən biri xəstəxanaya düşüb.