Bəzi rayonlarda külək gücləndi - FAKTİKİ HAVA

Sentyabrın 2-si saat 14:30-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi şərq küləyi bəzi rayonlarda arabir güclənib.

Bəzi rayonlarda külək gücləndi - FAKTİKİ HAVA
Sentyabrın 2-si saat 14:30-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi şərq küləyi bəzi rayonlarda arabir güclənib.

Bu barədə meqale.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, sarı xəbərdarlığa uyğun olaraq küləyin maksimal sürəti Şabran, Xaçmazda 20 m/s, Naftalan, Altıağacda 18 m/s, Qubada 17 m/s-dək güclənib.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 33, Naxçıvan MR-da 34, Aran rayonlarında 33, dağlıq rayonlarda 24 dərəcəyədək isti qeydə alınıb.