Biləcəridə 202 gül dükanına girdi - Xəsarət alanlar var - YENİLƏNİB - VİDEO

Biləcəridə ağır yol qəzası baş verib. meqale.com xəbər verir ki, 202 saylı avtobus idarəetməni itirərək gül dükanına çırpılıb. Qəza nəticəsində bir neçə avtomobilə zərər dəyib.  Hadisə 202 nömrəli avtobusla "Prius" və "Sonata" markalı avtomobillərin toqquşması nəticəsində qeydə alınıb.

Nəticədə avtobusun sürücüsü və sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Əraziyə dərhal təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub.

Hadisə səbəbindən ərazidə ciddi tıxac yaranıb. Faktla bağlı araşdırma aparılır.