Biləsuvarda quzusu xəstələndiyi üçün arvadını döyən şəxs cəzalandırıldı

Biləsuvarda quzunun xəstələnməsinə görə həyat yoldaşı ilə mübahisə edən kişi onu döyərək xəsarət yetirib.

Biləsuvarda quzusu xəstələndiyi üçün arvadını döyən şəxs cəzalandırıldı
Biləsuvarda quzunun xəstələnməsinə görə həyat yoldaşı ilə mübahisə edən kişi onu döyərək xəsarət yetirib.

meqale.com xəbər verir ki, hadisə rayonun Xırmandalı kəndində qeydə alınıb.

Məlumata görə, kişi 3 avqust 2025-ci ildə işdən sonra dostları ilə yeyib-içdikdən sonra evə qayıdıb. Evdə onlara məxsus quzulardan birinin xəstələndiyini öyrənən şəxs, spirtli içkinin təsiri altında həyat yoldaşını buna görə günahlandırıb.

O, qadına illərlə heyvan saxladığını, amma bir quzunu düzgün qayğı ilə təmin edə bilmədiyini irad tutaraq mübahisə yaradıb. Mübahisə zamanı kişi arvadına hücum edərək onun başına və bədəninin müxtəlif hissələrinə zərbələr endirib. Daha sonra sakitləşib və yatmağa gedib.

Səhəri gün peşman olan kişi bağışlanma istəsə də, qadın hadisəni gizlətməyərək Biləsuvar Rayon Polis Şöbəsinə müraciət edib.