Binəli Yıldırım Anım Günü ilə bağlı paylaşım etdi
Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin birinci müavini, sabiq baş nazir Binəli Yıldırım 27 Sentyabr - Anım Günü ilə bağlı paylaşım edib.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə o "X" (tvitter) sosial şəbəkə hesabında yazıb.
"Bu gün Qarabağ və işğal altındakı Azərbaycan torpaqlarının azad olunması ilə nəticələnən 44 günlük Vətən müharibəsinin başladığı gündür. Bu şanlı mübarizənin ildönümü - Anım Günündə bütün şəhidlərimizi rəhmətlə anıram", - deyə qeyd edilib.
Qeyd edək ki, sentyabrın 27-də başlayan 44 gün davam edən və Azərbaycanın Ermənistan üzərində parlaq qələbəsi ilə nəticələnən Vətən Müharibəsinin başlanmasının ildönümüdür.