Binəqədidə bina uçub-dağılır - 100 yaşı var

Binəqədi rayonu Rəsulzadə qəsəbəsi Azadlıq 4 ünvanında yerləşən binanın təxmini 1 əsr yaşı var. Sözügedən bina qəzalı vəziyyətdədir, divarları çat verib pilləkanları isə tamamilə deformasiya olunub. 

meqale.com xəbər verir ki, sakinlərin sözlərinə əsasən, yağış yağanda evlərə su dolur. Bu bina zəlzələyə ehtiyac olmadan sökülür. 

Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətindən bildirildi ki, sözügedən bina ilə bağlı Fövqəladə Hallar Nazirliyi tərəfindən akt tərtib edilib.

Qeyd edək ki, bu hal nəzərə alınaraq aidiyyatı qurumlar tərəfindən müəyyən tədbirlər görüləcək.