Bir gecədə Rusiya səmasında 122 PUA vuruldu
Ötən gecə Ukraynadan buraxılan 122 pilotsuz uçuş aparatı (PUA) hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib.
meqale.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib. Hücumlar nəticəsində Moskva da daxil olmaqla 12 region hədəf alınıb.
Ən çox hücum Bryansk (43 PUA) və Kursk (38 PUA) vilayətlərində qeydə alınıb. Oryol, Smolensk, Voronej, Belqorod, Moskva, Kaluqa, Krım, Leninqrad, Lipetsk və Tula vilayətlərində də PUA-lar zərərsizləşdirilib.
Voronejdə PUA fraqmentlərinin binaya düşməsi nəticəsində üç yeniyetmə xəsarət alıb, bir neçə mənzilə ziyan dəyib. Smolensk və Kaluqa vilayətlərində də yaralananlar var. Leninqraddakı Pulkovo hava limanı hücum səbəbindən müvəqqəti bağlanıb, lakin daha sonra fəaliyyətini bərpa edib.