Birinci Qarabağ müharibəsi şəhidi Cavid Ələkbərov dəfn olundu

Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Cavid Fazil oğlu Ələkbərovun meyitinin qalıqları Sumqayıt şəhərinə gətirilib.

meqale.com Trend-ə istinadən xəbər verir ki, şəhidin nəşi Sumqayıtda ailəsinə təhvil verilib.

Şəhidlə vida mərasimi keçirilib və dəfn olunub.

Qeyd edək ki, şəhid Ələkbərov Cavid Fazil oğlu 1975-ci il aprelin 25-da Zəngəzur mahalı Qubadlı rayonunun Novlu kəndində anadan olub.1993-cü ildə Milll Ordu sıralarında həqiqi hərbi xidmətə çağrılıb.