Birinci Qarabağ müharibəsinin şəhidi Şəkidə dəfn edildi - FOTO

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan, Tərtər şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Səbuhi Yamən oğlu Süleymanovla Şəki rayonunun Cəfərabad kəndində vida mərasimi keçirilib.

meqale.com report-a istinadən xəbər verir ki, şəhidin nəşi Şəki rayonunun Cəfərabad kənd qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Şəki Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.