Bitlisdə avtobus dərəyə düşdü - yaralananlar var

Türkiyənin Bitlis şəhərində avtobusun dərəyə düşməsi nəticəsində yeddi nəfər yaralanıb.

Bitlisdə avtobus dərəyə düşdü - yaralananlar var
Türkiyənin Bitlis şəhərində avtobusun dərəyə düşməsi nəticəsində yeddi nəfər yaralanıb.

meqale.com report-a istinadən xəbər verir ki, bu barədə "Anadolu" bildirib.

Məlumata görə, qəzada yaralanan yeddi nəfərdən biri sürücüdür. Ümumilikdə nəqliyyat vasitəsində 20 nəfər olub.

Yaralıların vəziyyətinin yaxşı olduğu açıqlanıb.