Biz “bir millət, iki dövlət” olaraq əbədiyyən bir yerdə olacağıq - Türkiyə XİN
"Bir millət, iki dövlət" olaraq əbədiyyən bir yerdə olacağıq.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bu fikirlər Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) Milli Qurtuluş Günü münasibətilə yayımladığı təbrik mesajında yer alıb.
Nazirliyin rəsmi "X" sosial media hesabında yayımlanan mesajda deyilir: "Can Azərbaycanın Milli Qurtuluş Günü və əbədi qardaşlığımızı müttəfiqlik səviyyəsinə yüksəldən Şuşa Bəyannaməsinin üçüncü ildönümü mübarək!"