"Bizə 200 milyon dollara yaxın ziyan dəydi"
"Crocus City Hall"da baş verən terror aktı nəticəsində "Crocus Group" şirkətinə dəyən zərər təxminən 150-200 milyon dollar təşkil edir.
meqale.com xəbər verir ki, bunu "RİA Novosti"yə açıqlamasında "Agalarov Development" şirkətinin prezidenti Emin Ağalarov deyib.
Onun sözlərinə görə, terror aktı ilk növbədə, hadisə zamanı xəsarət alan və yaxınlarını itirən şəxslər üçün böyük faciədir:
"Biznes nöqteyi-nəzərindən isə bu, "Crocus Group"a dağıdıcı təsir göstərdi. Bütün obyektlərin işində problem yarandı və terror aktından sonra ziyarətçilərin sayında azalma müşahidə edildi".