"Bizi buna məcbur edirlər"

Fransanın məqsədi assimilyasiya etməkdir.

Fransanın məqsədi assimilyasiya etməkdir.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Qvadelupanın azadlığı naminə xalq birliyinin nümayəndəsi Yakob Bisep mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, Fransa bu siyasətinə ilk olaraq dildən başlayır.

"Xalqlarımız fransız dilində danışmağa məcbur edilirlər. Mübarizələrimiz maneələrlə rastlaşır",- deyə o əlavə edib.

Qeyd edək ki, sabah Bakıda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə "Neokolonizalizm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik" adlı beynəlxalq konfrans keçiriləcək.

Bakı Təşəbbüs Qrupu (BTQ) Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda "Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru" adlı konfransın iştirakçıları tərəfindən yaradılıb.