Biznes ledinin evindən meyiti tapıldı

Muğlanın ( Türkiyə ) Bodrum mahalında yaşayan iş qadını və tanınmış qolfçu Beyhan Benardete evində ölü tapılıb.

Biznes ledinin evindən meyiti tapıldı
Muğlanın ( Türkiyə ) Bodrum mahalında yaşayan iş qadını və tanınmış qolfçu Beyhan Benardete evində ölü tapılıb.

meqale.com xəbər verir ki, Çamlık məhəlləsindəki yaşayış kompleksində qalan 60 yaşlı Benardete ilə əlaqə saxlanıla bilmədikdə bununla bağlı aidiyyəti qurumlara bildirilib. Xilasedicilər evə daxil olduqda onun hərəkətsiz vəziyyətdə olduğu müəyyən edilib.

Hadisə yerinə gələn prokurorluq əməkdaşları onun bədənində hər hansı zorakılıq izinə rast gəlinmədiyi bildirib. Mərhumun cənazəsi ilkin tibbi müayinədən sonra Muğla Tibbi Ekspertiza İnstitutuna göndərilib. İş dünyasında və qolf camiəsində tanınan Benardetenin qəfil ölümü yaxınlarını və sevənlərini kədərə boğub.