Blinken: Səudiyyə Ərəbistanı İsraillə əlaqələri normallaşdırmaq istəyir
Səudiyyə Ərəbistanı və digər Yaxın Şərq ölkələri yəhudi dövləti ilə münasibətlərin normallaşdırılmasında maraqlı olduqlarını bildiriblər, lakin İsrail-Fələstin münaqişəsinin iki dövlət əsasında həllinə nail olmaq üçün deyil.
meqale.com report.az-a istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Antoni Blinken Tel-Əvivdə keçirdiyi mətbuat konfransında deyib.
"Normallaşmaya gəlincə, hesab edirəm ki, bunda açıq maraq var. Bu səfər zamanı getdiyim ölkələrin demək olar, hamısı regionda inteqrasiyaya nail olmaq istəyir. Onların bəziləri artıq bu istiqamətdə real addımlar atıblar. Digərləri, məncə, eyni şeyi etməkdə maraqlıdırlar", - Blinken deyib.
"Ancaq eyni dərəcədə aydındır ki, bu, fələstinlilər və nəticədə Fələstin dövlətçiliyi üçün siyasi perspektivlərin əvəzi və ya hesabına deyil. Əksinə, bu sülh istənilən inteqrasiya səyinin, istənilən normallaşma səyinin tərkib hissəsi olmalıdır. Bu, səfər zamanı, o cümlədən Səudiyyə Ərəbistanında məsləhətləşmələr zamanı da tam aydın oldu", - ABŞ dövlət katibi əlavə edib.