Blinken yenidən İsrailə gedib
ABŞ dövlət katibi Entoni Blinken İsrailə qayıdıb.
meqale.com APA-ya istinadən bildirir ki, ABŞ dövlət katibi 6 ərəb ölkəsinə səfər etdikdən sonra bu gün yenidən İsrailə səfər edib.
Onun İsrail dövlət və hökumət başçıları ilə görüşlər keçirəcəyi gözlənilir.
Xatırladaq ki, Blinken oktyabrın 11-dən bəri Yaxın Şərq regionunda səfərdədir. Dövlət katibi HAMAS-ın hücumundan sonra İsrail ilə həmrəylik nümayiş etdirmək və vəziyyəti müzakirə etmək üçün İsrailə səfər edib və daha sonra digər ərəb ölkələrinə gedib.