Blinken yenidən İsrailə getdi

ABŞ-nin dövlət katibi Entoni Blinken ikinci dəfə İsrailə gedib.

Blinken yenidən İsrailə getdi
ABŞ-nin dövlət katibi Entoni Blinken ikinci dəfə İsrailə gedib.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə "Sky news" məlumat yayıb.

Onun bu gün İsraildə bir sıra görüşlər keçirəcəyi gözlənilir.

Qeyd edək ki, A.Blinken bu ayın 13-də də İsraildə səfərdə olub. Vaşinqton HƏMAS-la müharibədə Təl-Əvivi tam dəstəklədiyini bildirib.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Son məlumatlara görə, 1 300 nəfər ölüb, 3 300 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını açıqlayıb.

meqale.com