Blinkenlə Netanyahunun görüşü 3 saat davam etdi
İsrailin Baş naziri Benyamin Netanyahu ilə ABŞ Dövlət katibi Entoni Blinken arasında Qüdsdə keçirilən danışıqlar təxminən üç saat davam edib.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə İsrail hökuməti başçısının dəftərxanası məlumat yayıb.
"Görüş başa çatıb, müsbət və yaxşı əhvali-ruhiyyədə keçib", - məlumatda bildirilib.
Dəftərxanadan əlavə ediblər ki, Baş nazir Qəzzada saxlanılan israilli əsrlərin azad edilməsi ilə bağlı ABŞ-ın son təklifinə sadiqliyini bir daha təsdiqləyib.