BMT Ermənistana çağırış etdi

BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsi Ermənistanda diskriminasiya əleyhinə hərtərəfli qanunvericiliyinin olmamasından narahatlığını ifadə edib.

BMT Ermənistana çağırış etdi
BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsi Ermənistanda diskriminasiya əleyhinə hərtərəfli qanunvericiliyinin olmamasından narahatlığını ifadə edib.

meqale.com APA-ya istinadən bildirir ki, bu barədə komitənin Ermənistanla bağlı dördüncü dövri hesabatı üzrə yekun müşahidələrində qeyd edilib.

Sənəddə göstərilib ki, komitə diskriminasiya əleyhinə qanunun qəbulunun ləngidilməsindən, ayrıseçkiliyin bütün formalarını əhatə edən qanunvericiliyin və siyasi çərçivənin olmamasından narahatdır.

Sənəddə həmçinin, məhdud imkanlı və marjinallaşdırılmış fərd və qrupların iqtisadi, sosial və mədəni hüquqlara çıxışda davamlı olaraq ayrıseçkiliyə üzləşdiyi qeyd olunub.

BMT komitəsi Ermənistana diskriminasiya əleyhinə qanunvericiliyinin tətbiqini gücləndirmək çağırışı edib.

Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov BMT komitəsinin sənədinə münasibət bildirib.